Müğənnilərin əsgərlərə dəstəyi hələ də davam edir FOTOLAR

Müğənnilərin əsgərlərə dəstəyi hələ də davam edir FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrə dəstək məqsədilə incəsənət ustalarının Müdafiə Nazirliyinin Naftalan şəhərində yerləşən N saylı hərbi hissəsində konsert proqramı təşkil edilib. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Ordusuna dəstək nümayiş olunan konsert proqramında müğənnilərdən Aynur İsgəndərli, Fəxri Kazım Nicat, Mirkamil Kamilov vətənpərvər ruhlu mahnılar ifa ediblər.

Xanəndə Nigar Şabanovanın ifasında xalq mahnıları, muğam və təsniflər səsləndirilib. Onu tarda Rövşən Qurbanov, kamançada Ceyhun Murdov müşayiət ediblər. Bədii qiraətçi Pərvanə Qurbanovanın söylədiyi vətənpərvər ruhlu şeirlər və Gənc Tamaşaçılar Teatırının aktyorlarının iştirakı ilə nümayiş olunan kompazisiya məclisə daha da rəng qatıb.

Yüksək əhval-ruhiyyədə olan əsgərlər incəsənət ustaları ilə birlikdə rəqs edərək əyləniblər.

Qeyd edək ki, uşaq, yeniyetmə və gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsini, habelə mədəniyyət müəssisələrində bu istiqamətdə işin səmərəli təşkilini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin 2015-2016-cı illər üzrə müvafiq Tədbirlər Planı təsdiq edilib. Bununla bağlı şəhər (rayon) mədəniyyət mərkəzlərində və onların filiallarında çoxsaylı tədbirlər keçirilir. Azərbaycanın Milli Qəhrəmanlarına, Qarabağ uğrunda şəhid olmuş döyüşçülərə həsr olunmuş anım günləri, bu mövzuda sərgilər, bədii kollektivlər və xalq teatrları tərəfindən hazırlanan tamaşalar, ədəbi-bədii kompozisiyalar bu qəbildəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə