Tanınmışlar mükafatlandırıldı FOTOLAR

"Most Fashionable Awards" mükafatlandırma mərasiminin final gecəsi baş tutub. SİA-nın verdiyi xəbərə görə, gecəni idarə etmək Samir Bayramlıya və "İşte benim stilim" yarışmasının azərbaycanlı iştirakçısı Sima Şərafətdinovaya həvalə edilib. Mərasimdə ilk olaraq himnimiz səsləndirilib, şəhidlər yad edilib.

"Most Fashionable Awards Ceremony"nin namizədləri arasında müğənnilər, aparıcılar, aktyorlar, dizaynerlər, idmançılar, stilistlər, iş adamları, modellər, müxtəlif biznes sektorunun nümayəndələri yer alıb. Belə ki, "İlin ən yaxşı aktrisası" xalq artisti Məleykə Əsədova, "İlin ən yaxşı müğənnisi" Faiq Ağayev, "İlin ən yaxşı məşqçisi" nominasiyasını isə Kamil Zeynallı alıb.

Tədbirdə xaricdən dəvət olunan modellər podiuma çıxaraq şou göstəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə