Azərbaycanın "Eurovision 2016"dakı çıxış sırası bəlli oldu FOTO
İsveçin paytaxtı Stokholmda baş tutacaq "Eurovision 2016" mahnı müsabiqəsində ölkələrin çıxış sıralaması təqdim edilib. SİA-nın verdiyi xəbərə görə, bu haqda yarışmanın rəsmi internet saytında yazılıb. Belə ki, yarışmanın ilk günü – mayın 10-da səhnəyə ilk Finlandiya təmsilçisi çıxacaq. Mayın 12-də baş tutacaq ikinci yarımfinalda səhnədə sonuncu mahnını Belçika təmsilçisi oxuyacaq.
Azərbaycan təmsilçisi Səmra Rəhimli isə birinci yarımfinal günü 14-cü sırada səhnəyə çıxacaq.
Finala birbaşa vəsiqə qazanan ölkələr isə Fransa, İtaliya, Almaniya, İspaniya, İsveç və Böyük Britaniyadır.
Qeyd edək ki, təmsilçimiz "Eurovision 2016"da "Miracle" mahnısını səsləndirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB