Ceyhun: "Tək qardaşımla deyil, bütün əsgərlərimizlə fəxr edirəm"
"Müdafiə Nazirliyinin xətti ilə aprelin 10-nu bir qrup sənətçi yoldaşlarımla birlikdə hərbi hissələrdə konsert proqramı ilə çıxış edəcəyik". Bu sözləri SİA-ya açıqlama verən müğənni-bəstəkar Ceyhun Əliyev bildirib.
O, söhbət zamanı ilk dfə olaraq, qardaşının ön cəbhədə vuruşduğunu qeyd edib: "Hər bir əsgərə görə, çox narahatam. Mənim qardaşım ön cəbhədə xidmət edir. Ailəlidir və bir balası var. Ailəm ona görə, həyəcan keçirir. Heç vaxt onun fotosunu çəkib, sosial şəbəkədə paylaşıb, "Səninlə fəxr edirəm" deyə, ətrafa bunu bəyan etməmişəm. Mən tək qardaşımla deyil, bütün əsgərlərimizlə fəxr edirəm. Onlarla qürur duyuram. Vətən uğrunda mübarizə aparmaq hamımızın vətəndaş borcudur.
Hər şəhid xəbəri eşidəndə evdəkilərin üzündəki hüznü görürəm. Allaha dua edirəm ki, bütün əsgərlərimizi qorusun. İnşallah ayın 10-nu hamımız əsgərlərimizə baş çəkəcəyik. Onlar üçün gəlişimiz, oxuyacağımız vətənpərvər mahnılar ruh yüksəkliyi verəcəksə, nə xoş bizə?! Əsgərlərə hər an dəstək olduğumuzu göstərməliyik. Şəhərdəki izdihamı, gənclərin "Qarabağ" deyə çağırışını görəndə, ürəyim dağa dönür. Şükür edirəm ki, Azərbaycan kimi vətənpərvər dövlətin vətəndaşıyam. Torpaqlarımızın işğaldan tamamilə azad olması üçün hamımız bir olub, gücümüzü göstərməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB