Rəqqasə Fatimə Fətəliyeva ötən gün sənətçi həmkarları ilə birgə cəbhədə döyüşən əsgərlərə baş çəkdiyi üçün qınaq obyektinə çevrilib. SİA-nın verdiyi xəbərə görə, rəqqasə onu qınayanlara əsəbləşərək bunları deyib: "Biz Tərtər rayonunda əsgər qardaşlarımıza və kənd camaatına dəstək olduq. Ağzıgöyçək insanlar ağızlarına gələni yazdılar. Guya biz reklam naminə özümüzü göstəririk. Gündəmə gəlmək üçün belə edirik. Əslində belə deyil, mən və digər sənət dostlarım az da olsa rahatlıq tapmağa çalışdıq. Düzdür, böyük bir iş görmədik, sadəcə dəstək olduq, şəhid ailələrinə başsağlığı verdik. Biz düşmənlərimizi sevindirməməliyik, bir-birimizə dəstək olmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB