İlhamə Quliyevanın 40 mərasimi baş tutub FOTOLAR

İlhamə Quliyevanın 40 mərasimi baş tutub FOTOLAR

Bu gün xalq artisti İlhamə Quliyevanın 40 mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, "Təzəpir" məscidində baş tutan məclisə sənət aləminin tanınmış simaları, mərhumun yaxınları qatılıb. Mərasimdə Səkinə adlı xanımın ağlayarkən halı pisləşib. Qonaqları xalq artistinin oğlu Orxan Nadirov və gəlini Arifə qarşılayıb.

Xalq artistinin 40 mərasiminə qatılanlar arasında küsülü olduğu aparıcı Sərxan Kərəmoğlu da olub.

Qeyd edək ki, İ.Quliyeva fevralın 25-də trombdan vəfat edib. Mərhum II Fəxri Xiyabanda dəfn olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə