Rəqsanə: "Şəhid olan əsgərlərimizin ruhu qarşısında baş əyirəm"
Müğənni Rəqsanə İsmayılova yaradıcılığında yenilik edib. SİA-nnı verdiyi xəbərə görə, ifaçı cəbhədə baş verən hadisəylə əlaqədar olaraq mahnı oxuyub: "Hər birimiz bu millətin övladıyıq, müharibəyə mən də gedərəm. Vətənim uğrunda döyüşüb canımdan da keçməyə hazıram. Ali baş komandanımızın əmrini gözləyirik. İgid əsgər, möhkəm dayan" mahnısını şəhidlərimizin əziz ruhuna ithaf edirəm, tezliklə bu mahnını Qarabağda səsləndirəcəyimə çox ümidliyəm. Şəhid olan əsgərlərimizin ruhunun qarşısında baş əyirəm, Allah valideynlərinə səbr versin. Mənim bir ana, vətəndaş kimi ürəyim ağrıyır. 12 can, 12 şəhid vermişik. Mən də müharibədə iştirak etməyə hazıram".
Qeyd edək ki, "İgid əsgər, möhkəm dayan" mahnısının ilk ifaçısı və müəllifi Şəmistan Əlizamanlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB