Ceyhun: "Qələbəyə yaxınlaşırıq"

Cəbhədə baş verən hadisələrə biganə qalmayan müğənni Ceyhun Əliyev Ali Baş Komandanın əmri ilə hər an döyüşə hazır olduğunu bildirib. SİA-ya açıqlama verən sənətçi bu sözləri dilə gətirib: "Təlimlərdə iştirak etmişəm. Ali Baş komandanımız nə zaman əmr versə, hamı kimi mən də cəbhəyə getməyə hazıram. İnanıram ki, mənim kimi digər kişi sənətçi dostlarım da belə düşünür. Biz bir olmalıyıq. Erməniləri işğal altında olan torpaqlarımızdan çıxarmaq üçün gücümüzü göstərməliyik".

Şəhid xəbərlərindən ürəyi ağrıyan sənətçi cəbhədəki əsgərlərimizə gecə-gündüz dua etdiyini bildirdi: "Allahdan şəhid ailələrinə səbr diləyirəm. İnşallah itkilərimiz ermənilər qədər çox olmaz. Qələbəyə yaxınlaşırıq. Hamımız ölkə başçısının ətrafına cəm olub, gücümüzü birlikdə göstərməliyik".

Sonda sənətçi sosial şəbəkələrdə insanları təşfişə salan qeyri-dəqiq xəbərləri yayanlara səsləndi: "Ən doğru xəbər rəsmi açıqlamalardır, onlara inanmalıyıq. Qürurlandırıcı sözlər yazaq, vətənpərvər ruh aşılayan paylaşmalar edək. Bütün dünya bizi izləyir. Hər yanlış paylaşma böyük bir xəbərə çevrilə bilir".

Bütün xəbərlər Facebook səhifəmizdə