Məşhur müğənni Aydın Tansel evində ölü tapılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi Bodrumdakı evində infarktdan dünyasını dəyişib. 71 yaşlı A.Tanselin uzun müddət görünməməsi qonşularını şübhəyə salıb. Dərhal polisə müraciət edilib və müğənninin evinin qapısı sındırıldıqdan sonra onun cəsədi çarpayısında tapılıb. Sənətçinin ölüm xəbəri dostlarını və fanatlarını kədərləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə