Aygün Kazımova və Miri Yusif bir arada FOTOLAR

Xalq artisti Aygün Kazımova Miri Yusif ilə birlikdə yeni fotosessiya etdirib. SİA-nın verdiyi xəbərə görə, şəkilləri sosial şəbəkədə paylaşan A. Kazımova bu fotoların hansı məqsədlə çəkilməsi haqda məlumat yerləşdirməyib. O, yalnız "özünü mənə bağışla" sözlərini yazıb. Fotoların yayılması sosial şəbəkə izləyicilərinin də çoxsaylı sualları ilə qarşılanıb. Bəziləri birgə konsert, bəziləri duet, digərləri isə fotoların klipdən olduğunu yazıb.

Məsələ ilə bağlı xalq artistinin mətbuat katibi ilə əlaqə saxladıq. O, yaxın zamanda mediaya bu haqda geniş məlumat veriləcəyini bildirdi.

Qeyd edək ki, fotoların müəllifi Kamran Aydınovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...