Aktrisa Məryəm Uzerli yeni reklam müqaviləsi imzalayıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, indiyə qədər aktyor Tolqa Çeviklə işləyən markanın yeni siması Məryəm olacaq. O, 2,5 milyon lirə (təxminən 1,3 milyon manat) qonorar alacaq.
Reklam filmində aktrisanın tərəf müqabili ən son "Boynu bükükler" serialı ilə ekrana gələn aktyor Ünal Yeter olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB