Nura Suri Samirlə sevgilidir? AÇIQLAMA

Nura Suri Samirlə sevgilidir? AÇIQLAMA

Verilişlərin birində müğənni Nura Suri zarafatla illərdir dostluq etdiyi həmkarı Samir Cavadzadəni sevdiyini açıqlayıb. SİA-nın verdiyi xəbərə görə, onun bu sözləri səs-küyə səbəb olub. Belə ki, Nuranın sözügedən fikirləri onun Samirlə sevgili olduğu şübəhisini doğurub. Hətta bir çox xəbər saytları "Nura Suri ilə Samir Cavadzadə sevgilidir" başlığı altından məqalə dərc ediblər.

Məsələ ilə əlaqədar olaraq ifaçı mətbuat nümayəndələrinə səslənib: "Samirlə dostluğumuz hələ şou-biznesə gəlmədən öncə yaranıb. Bizim doğmalıq münasibətlərimizin kökü illər öncəyə söykənir. Süjetdə yayımlanan açıqlamada mənim bu mövzuya zarafatla yanaşmağım aydın görünür. Dostluğumuz haqda gülərək danışıram. Yerli saytlardan xahiş edirəm ki, reytinq xətrinə yalançı başlıqlar dərc edib, oxuculara səhv məlumat çatdırmasınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə