"Qala" qrupunun rəhbəri Ceyhun Əliyev xarici ulduzlardan birinə yaradıcılıq təklifi göndərib. Adını çəkmək istəmədiyi türkiyəli ulduzun təklifin qarşılığında söylədiyi şərtlər Ceyhunu fikrindən daşınmağa vadar edib. SİA-nın verdiyi xəbərə görə, bu barədə müğənni özü danışıb:"Həmin sənətçi elə bir başgicəlləndirici şərtlər söylədi ki, ona həyata keçirməyə gücümüz yetmədi. Məqsədimiz bu idi ki, hər ikimizin ifasında maraqlı duet yazılsın və ona klip çəkilsin. Amma maddi gücümüz hələlik buna imkan vermir. Bəllidir ki, qazancımız ancaq toylardan gəlir. Toyların da məlum səbəblərdən sayı azalıb. Bu gün şou-biznesdə oxuyanlar həddindən artıq çoxalıb. Amma toy biznesində işimiz axsayır".
Ceyhun Əliyev hesab edir ki, şou-biznesdə böyük layihələr üçün çox zaman külli miqdarda pullar yox, münasibət də önəmlidir:"Maddiyat yetirsə, dünyanın tanınmış ulduzu ilə duet oxuya, səhnə bölüşə bilərik, amma onunla münasibət olmayanda, o zaman mahnıda, musiqidə səmimiyyət olmur. Bəzi ulduzlar da özlərini dağ başına qoyub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB