Məşhur yazıçı Ahmet Ümit yeni filmində aktyorlar Kıvanç Tatlıtuğ, Erkan Petekkaya və Kenan İmirzalıoğlunu bir araya gətirməyi planlaşdırır. SİA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, dedektiv janrında yazdığı hekayələri ilə məşhur olan Ahmet bu dəfə böyük filmlə sevənlərinin qarşısına çıxmağı düşünür. Ssenari hər üç məşhura da göndərilib və onlar ideyanı bəyənib.
Qeyd edək ki, Kıvanç və Kenan bundan əvvəl "Ezel" serialında birlikdə kamera qarşısına keçmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB