Məşhurlar qala gecəsində FOTOLAR

"Annemin yarası" filminin Almaniyada qala gecəsi keçirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, filmin qəhrəmanları Ozan Güven, Məryəm Üzərli, Okan Yalabık və Bora Akkaş Berlində böyük coşğu ilə qarşılanıblar. Gecədə Məryəmi atası Hüseyn Üzərli, anası Ursula və bacısı Canan da tək qoymayıblar.

Qırmızı xalıda poz verən aktyorlar alman fanatları ilə şəkillər çəkdirərək, onlara imza paylayıblar. Qeyd edək ki, rejissoru Ozan Açıktan olan "Annemin yarası" filminin daha əvvəl İstanbul və İzmirdə qalası keçirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə