Müğənni Manaf Ağayev həmkarı Nadir Qafarzadə haqda danışıb. SİA-nın verdiyi xəbərə görə, Manaf sözügedən həmkarını tərifləyib: "Bir neçə gün bundan öncə Nadir Qafarzadə ilə eyni məslicdə idik. Həmin məclisdə də rus dilli insanlar daha çox idi. Nadir həmin məclisdə rus dilində mahnı oxuyaraq, auditoriyanı ələ aldı. Təəccüb içində idim. O, özünü elə apardı ki, guya Rusiyalı müğənnidir. Onun bu hərəkəti mənə xoş oldu. Hər kəs Nadiri alqışladı. Məndən başqa hər kəs həmin məclisdə rus dilində danışırdı (gülür). Xüsusi ilə vurğulayım ki, hər bir müğənni publikaya uyğunlaşmağı bacarmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB