Türkan Şoray növbəti uğura imza atdı FOTOLAR

Türkan Şoray növbəti uğura imza atdı FOTOLAR

Türkiyənin sevilən və tanınan aktrisası Türkan Şoray növbəti uğura imza atıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa fəxri doktor adına layiq görülüb. Onu bu adla Beykent Universiteti təltif edib. T.Şoray doktorluq dərəcəsinin təqdimetmə mərasiminə qızı Yağmur Ünalla birlikdə qatılıb. Alqışlarla qarşılanan aktrisa "Fəxri doktor" titulunu aldıqdan sonra kürsüyə çıxaraq nitq söyləyib. Ankara terroruna toxunan T.Şoray "Çox çətin günlər keçiririk. Məsum insanları itirdik. Artıq sevgiylə, qardaşlıq duyğularıyla birləşməliyik" deyib.

Aldığı titula görə universitet rəhbərliyinə təşəkkürünü bildirən Türkan aktrisa olduğu üçün qürur duyduğunu bildirib:"Kino həyatımı gözəlləşdirdi. Yaxşı ki aktrisa olmuşam. 50 illimi bu sahəyə ayırmışam".

Türkan Şoray doktorluq mantiyasını geyindikdən sonra rol aldığı filmlərdə istifadə olunann geyimlər və afişaların toplandığı sərgi ilə də tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə