İfaçının uğursuz konserti FOTOLAR

İfaçının uğursuz konserti FOTOLAR

Məşhur müğənni Meray Keri Şotlandiyada konsert verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 45 yaşlı ifaçı dünya turnesi çərçivəsində Qlazqo şəhərində səhnəyə çıxıb. Lakin Meray bu dəfə səhnə performansı və libası ilə izləyicilərini məyus edib. Cennifer Lopez başda olmaqla, bir çox dünya ulduzunun seçimi olan parıltılı çimərlik geyimi ilə sevənlərinin görüşünə gələn M.Kerinin artıq çəkiləri diqqətdən qaçmayıb. Libasın ona yaraşmadığını bildirən sosial şəbəkə istifadəçiləri Merayı düzgün seçim etməməkdə günahlandırıblar. Müğənni artıq çəkiləri üzündən səhnə şouları zamanı da çətinlik çəkib. Belə ki, 2 nəfər rəqqas tərəfindən qaldırılmalı olan ifaçının yıxılmaması üçün onun köməyinə daha 2 rəqqas da gəlib. M.Kerri yaşına uyğun olmayan səhnə şouları hazırlamaqda da qınanılıb.

Qeyd edək ki, ifaçı avstraliyalı milyarder Ceyms Pakerlə evlənməyə hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə