Aktrisa Neslihan Atagül və Kadir Doğulunun toy günlərinin vaxtı dəqiqləşib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bir müddət əvvəl bu yay evlənəcəklərini elan edən cütlük vədlərinə əməl edəcəklər. Belə ki, onlar iyunun 9-da İstanbuldakı mərasim zallarının birində nikah masasına əyləşəcəklər. Cütlüyün xoş günündə ailələri və yaxın dostları iştirak edəcək. 500 nəfərin dəvət olunduğu toydan sonra bəylə gəlinin bal ayı üçün xaricə gedəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB