Öncəgörücü: "İnsanın gələcəyini əvvəlcədən demək günahdır" FOTOLAR
Azərbaycanlı şəfaverici və öncəgörücü Nuridə Qurbanova Moskvada Prezident mətbuat mərkəzində mətbuat konfransı keçirib. SİA-nın verdiyi xəbərə görə, o, jurnalistlərin suallarını cavablandırıb. Media nümayəndələri Azərbaycan və Rusiya münasibətlərinin gələcəkdə olan münasibətləri barədə sual verib. N. Qurbanova bu məsələ ilə bağlı bunları qeyd edib: "Uca Tanrı Rusiya və Azərbaycanı sevir və qoruyur. Çünki bu ölkələrdə hakimiyyəti güclü olan liderlər var".
Öncəgörücü mətbuat konfransında qabiliyyəti barədə də danışıb: "Mən bir sözümlə insanı ağır depressiyadan xilas edə bilərəm. Lakin heç vaxt insanlara gözlənilən müharibə və bəlalar haqda danışmayacağam. Hətta bu barədə hökmən bilsəm belə. ümumiyyətlə insanın gələcəyini əvvəlcədən söyləmək günahdır. Tanrı bunu qadağan edir".
N. Qurbanova, bu istedadının onda necə yarandığı haqda da məlumat verib: "10 yaşında məni məni güclü ildırım vurub. 40 gün komada olmuşam. Heç kəs inanmırdı ki, mən sağ qalacam. Lakin möcüzə baş verdi və mən sağaldım. Üstəlik fenomenal qabiliyyətlər qazandım. Başa düşdüm ki, Allah mənə insanlara kömək etmək üçün vergi verib. Həmin vaxtdan mənə göndəriləni, tapşırıqları yerinə yetirirəm. Bu mənim missiyamdır".
Mətbuat konfransı əsl sensasiya ilə başa çatıb. Görüş iştirakçılarına video-süjet nümayiş etdirilib. Görüntüdə N. Qurbanova sayəsində vaxtilə Stalinin oğlu Vasiliyə məxsus olmuş bıçağın sirrinin üstü açılıb. Onda 9 brilyant və 2 xaç aşkar edilib və N. Qurbanova bu brilyantları Moskavaya təhdid olan qara magiyadan təmizləyib.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB