Stilist: "Məni geyimimə görə verilişdən çıxardılar" FOTOLAR

Stilist: "Məni geyimimə görə verilişdən çıxardılar" FOTOLAR

Stilist Samiraldo (Samir Əliyev) yenə od püskürdü. SİA-ya açqıalam verən stilist onu ələ salan insanlardan söz açdı: "Artıq üçüncü ildir ki, məni kanallar efirə dəvət etmirlər. Buna da səbəb bir verilişə çıxıb, digər kanalın reytinqini aşağı salmağım olub. Həmin kanal məni öz efirinə çağırıb, biyabr etdi. Mənə dedilər ki, biz sənə imkan vermərik ki, reytinqlərimizi alt-üst edəsən. Adını çəkmək istəmədiyim kanalın işçiləri məni sosial şəbəkələrdə şərəf və ləyaqətimi təhqir edirlər. Səhifəmə tərbiyəsiz sözlər yazırlar. Məni insanların gözlərindən salırlar. Deyirlər ki, guya mən efir üçün ləkəyəm. Mən bu vaxtadək heç bir verilişdə artıq-əksik hərəkət etməmişəm. Necə axı, mən ləkə ola bilərəm? Halbu ki, həmin kanalda yolunu azanlar çoxdur. Həmin kanal rəhbərləri öz mətbəxtlərinə baxsınlar. Görsünlər orda nələr baş verir. Mənə bu qədər zərbələr gəldiyi halda hələ ki, susuram. Amma əlimdə faktlar var. Həmin sübutları tezliklə məhkəməyə təqdim edəcəm. Onu da xüsusi ilə qeyd edim ki, hazırda Azərbaycan kanallarında normal veriliş yoxdur ki, orada iştirak edim. Aparıcı Yusif Ağayevin klon verilişinə çıxan deyiləm ki?"

Samiraldo onu verilişdən çıxardıqlarını da söyləyib: "Bir müddət öncə verilişlərin birinə dəvət almışdım. Aparıcı ilə rejissor mənə dedi ki, "kostyum geyinib, gələrdin". Anlamırlar ki, mən stilistəm, deputat deyiləm. Mənim öz imicim var. Məni geyimimə görə verilişdən çıxardılar. Amma hər kəs bilsin ki, 10 ildə heç bir kanalın verilişində iştirak etməsəm də, unudulmayacam. Mən artıq öz sözümü demişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə