Samir Priyev Kamran Həsənlini pulunu mənimsəməkdə günahlandırdı ŞOK
Şoumen Kamran Həsənliyə dələduzluq maddəsi ilə cinayət işi açılıb. Bu barədə hüquqşünas Ruslan Əhmədoğlu SİA-ya açıqlama verib: "K.Həsənli müğənni Samir Piriyevin külli miqdarda pulunu mənimsəyib. Məsələ ilə əlaqədar Samir Priyev danışa bilməyəcək. Çünki hələ ki, istintaq işləri gedir".
Məsələ ilə əlaqədar olaraq qarşı tərəfin Kamran Həsənlinin fikirlərini öyrəndik: "Ruslan Əhmədoğlunun mənim haqqımda söylədikləri yalandır. Şəxsən mənə qarşı heç bir cinayət işi qaldırılmayıb. Tezliklə bu məsələ haqda mətbuat konfransı edib, bütün olanlara aydınlıq gətirəcəm".
Samir Priyevin rəyini öyrənmək üçün dəfələrlə əlaqə saxlamaq istəsək də, cəhdimiz boşa çıxdı. Belə ki, müğənni zənglərimizi cavabsız qoydu.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə istintaqın davam etdirilməsi Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB