Azərbaycanı “Eurovision 2016” da təmsil etmək üçün bu qız seçildi FOTO

Azərbaycanı “Eurovision 2016” da təmsil etmək üçün bu qız seçildi FOTO

Martın 10–da Azərbaycanı bu ilki "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin iclası keçirilib. SİA-nın verdiyi xəbərə görə, bu haqda xəbər İctimai televiziyanın rəsmi saytında yerləşdirilib.

Toplantıda ölkəmizi "Eurovision" mahnı müsabiqəsində bu il təmsil edəcək iştirakçının adı müəyyənləşdirilib. Belə ki, müsabiqəyə ölkəmizdən Səmra Rəhimli gedəcək. O, "Miracle" mahnısını ifa edəcək.

Qeyd edək ki, Səmra "Səs Azərbaycan" müsabiqəsinin iştirakçılarından olub və dördüncü yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə