Türkiyəli rejissor, aktyor Özcan Denizin çəkdiyi "Her şey aşkdan" filminin Bakıdakı qala gecəsi təxirə düşüb. SİA-ya bu haqda tədbiri təşkil edən Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu xanım xəbər verib. Arzu xanımın sözlərinə görə, çəkiliş komandasının Bakıya gəlməməsinə səbəb işlərinin çoxluğu ilə bağlıdır. Ona görə də heyət Azərbaycan səfərindən imtina edib.
Qeyd edək ki, filmin rejissoru Özcan Dənizlə yanaşı, aktyorlar Şükrü Özyıldız və Hande Doğandemirin də paytaxtımıza gələcəyi deyilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB