Aktyor Kənan İmirzalıoğlu və aktrisa Sinem Kobalın toyu ilə bağlı detallar məlum olub. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, il yarımdır sevgili olan cütlük əvvəl toyu mayın 21-də edəcəklərini desələr də, həmin tarixin İslam dinindəki müqəddəs tarixlərdən birinə, "Berat Kandili"nə düşəcəyini öyrəndikdən sonra fikirlərini dəyişiblər.
Toy bir həftə əvvəl, mayın 14-də, Cunda adasında baş tutacaq. Sinem toyda Tuvana Büyükçınarın hazırladığı gəlinlikdə olacaq. Toy ümumilikdə 210 min lirəyə (təxminən 100 min manat) başa gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB