"Qala" Ceyhundan "8 gül" FOTOLARI

"Qala" qrupunun rəhbəri Ceyhun Əliyev qadınları özəl günündə diqqətdən kənarda qoymayıb. SİA-nın verdiyi xəbərə görə, onun "8 gül" adlandırdığı fotosessiyası məhz xanımların 8 Mart Qadınlar Bayramına həsr edilib. Zəif cinsin nümayəndələrinin zövqünü nəzərə alan C.Əliyev 8 güllə ayrı-ayrılıqda foto çəkdirib. Müğənni düşünür ki, hər bir xanım bu fotolarda öz payını götürəcək:"Hər gülü öz sevəni var. Qızıl gül sevgi rəmzidir, çobanyastığını gənc qızlar "sevir-sevmir" nəzərindən yanaşırlar, ağ qızıl gül dostluğa itaf olunur və s. Vacib deyil bu gün xanımlara bahalı hədiyyə alınmalıdır. Onların könlünü bir güllədə xoş edə bilərik. Əsas odur ki, biz kişilər diqqətimizi xanımlardan əsirgəməməliyik".

Sənətçi böyük dinləyici ordusunun olduğunu da diqqətə çatdırıb: Sevənlərimin hər birinə gül təqdim etmək üçün gərək böyük gül mağazasına sahib olum. Bu layihəni analarımızın, bacılarımızın timsalında məni sevən bütün xanımlara, eyni zamanda mətbuatda və televiziyada çalışan xanımlara həsr edirəm. Yaxşı ki, varsınız!".

Qeyd edək ki, layihənin prodüseri Kazım Sübhan, fotoqrafı Kamran Aydınovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə