Mirkamil Kamilov konsert verəcək FOTO

Mirkamil Kamilov konsert verəcək FOTO

Müğənni Mirkamil Kamilov ilk konsertinə hazırlaşır. SİA-nın verdiyi xəbərə görə, konsert Beynəlxalq 8 mart Qadınlar günündə, əyləncə məkanlarının birində keçirirləcək.

Bu barədə konsertin təşkilatçısı Aynur Hacıyeva məlumat verib: "Mirkamilin konsertinin 8 mart, məhz qadınların bayramı günündə təşkili təsadüf deyil. Mirkamil bəstəsi Emil Şahinə məxsus olan "Ana" haqqında mahnısının təqdimatına hazırlaşırdı. Həmin təqdimatı və konserti bir günə müəyyənləşdirdik. Konsert analarımıza, xanımlarımıza ithaf olunacaq. Konsertdə maraqlı sürprizlər gözlənilir. Eyni zamanda sənətçi dostlarımız tamaşaçı qismində iştirak edəcəklər, onlardan səhnəni bölüşənləri də olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə