Bu gün İlhamə Quliyeva ilə vida mərasimi keçiriləcək

Bu gün İlhamə Quliyeva ilə vida mərasimi keçiriləcək

Bu gün 73 yaşında dünyasını dəyişən xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, mərasim saat 12:00-dan 14:00-a kimi Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq. Mərhumə II Fəxri Xiyabanda anası Tükəzban İsmayılovanın yanında dəfn olunacaq.

Qeyd edək ki, ekspertizanın ilkin nəticələrinə əsasən, xalq artisti trombdan (qan damarının tutulması) ölüb. Ekspertizadan sonra İ.Quliyevanın nəşi ailəsinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə