İllərdən sonra şou-biznesin tanınmış cütlüyü yenidən bir arada
Bir müddət öncə xalq artisti Aygün Kazımova ilə eyni layihəni idarə edən Samir Piriyev yenidən bir araya gəlib. SİA-nın verdiyi xəbərə görə, bu dəfə onlar aparıcı kimi deyil, duet ortağı olaraq gündəmi darmadağın etmək iddiasındadırlar. Prodüser Anar Mədətovun hazırladığı layihə "Ağlasın" adlanır. Duetdən kiçik hissə sosial şəbəkədə paylaşılıb. Əksər sosial şəbəkə istifadəçiləri bu dueti Aygün Kazımovanın son duet ortaqlarından ən uğurlusu kimi qiymətləndiriblər.
Qeyd edək ki, mahnının sözləri Hacı Akifə aiddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB