Məşhurlarımız Ankarada olan hadisəni lənətlədilər FOTOLAR

Məşhurlarımız Ankarada olan hadisəni lənətlədilər FOTOLAR

Ankarada baş verən terror hadisəsinə yerli məşhurlarımız da biganə qalmayıb. SİA-nın məlumatına görə, tanınmışlar "İnstagram" səhifələrində foto paylaşaraq, Ankaraya başsağlığı veriblər.

Əməkdar artist Aybəniz Haşımova: "Ankarada törədilmiş terroru lənətləyirik. Canımız Türkiyə, biz sizinləyik".

Əməkdar artist Röya Ayxan: "Biz azərbaycanlılar sizinlədi. Siz də bizimlə olun, çox dağları aşarıq. Başsağlığımızı qəbul edin".

Müğənni Zamiq Hüseynov: "Acınız acımızdır".

Müğənni Sevda Yahyayeva: "Terroru lənətləyirik".

Müğənni Samir Priyev: "Terroru lənətləyirik".

Aktyor Fərda Xudaverdiyev: "Acınız acımızdır, Türkiyəm. Allah ölənlərə rəhmət eləsin".

Aparıcı Xoşqədəm Hidayətqızı: "Canım Türkiyəm".

Aparıcılar Günay və Zaur: "Başın sağ olsun Türkiyəm".

Aktrisa Firəngiz Mütəllimova: "Allah rəhmət eləsin".

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib. Partlayış Türkiyə Böyük Millət Məclisindən 500 metr məsafədə, Türkiyənin Baş Qərargahı, hərbçilər üçün yataqxana və parlament binasının yaxınlığında baş verib. Partlayışın səbəbi minalanmış avtomobil olub. Türkiyə Baş Qərargahı partlayışı terror aktı adlandırıb. Ölkənin baş nazir müavini Numan Kurtulmuş Ankarada baş verən partlayış nəticəsində 28 nəfərin öldüyü, 61 nəfərin yaralandığı barədə açıqlama verib. Terror aktının əsas qurbanları hərbçilər olub, hadisə yerində olan Ankara sakinləri xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə