New-York Puma Markasının direktoru olan müğənni Rihanna New-York moda həftəsinə yeni Fenty Puma by Rihanna kolleksiyası ilə damğa vurub. SİA-nın milliyet.com-a istinadən verdiyi xəbərə görə, müğənni kolleksiyanı sirli atmosferi və qaranlıq ruhlar aləmini əks etdirən ciddi simalı modellər tərəfindən təqdim edib. O, yeni kolleksiyası haqqında jurnalistlərə açıqlama verib: "Bu libaslar sadəcə məni və ya necə geyindiyimi ifadə etmir. Pumanı ağla sığmayan və gözlənməyən zirvəyə qaldırmaq istədim. Bu məqsədlə keyfiyyətli parçalardan istifadə etdim. Standart Pumaya yeni fikirlər qatdım. Bu kolleksiyanı həm moda dünyası ilə, həm də öz pərəstişkarlarımla paylaşmağı səbrsizliklə gözləyirəm".
Rihanna yeni moda kolleksiyasında böyük ölçülü sviterlərə, uzunqol jaketlərə, iplərlə bağlanmış paltarlara və tulumlara üstünlük verib. Modellərin təqdim etdiyi bütün geyimlərdə qara və ağ rəngin kontrastı yapon küçə mədəniyyətinin sərt cizgiləri öz əksini tapıb.
Qeyd edək ki, Fenty Puma by Rihanna kolleksiyasının təqdimat mərasiminə moda və sənət dünyasının önəmli simaları qatılıblar. Türkiyədən Umut Eker və Didem Soydan da dəvətlilər arasında olub. Jurnalistlərin suallarına cavab verən türkiyəli məşhurlar yeni kolleksiyanın hər nümunəsini çox bəyəndiklərini bildiriblər.
.png)
.png)
.png)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB