Eltondan Aygünə: "İmkan vermərəm, kimsə mənimlə təhqirlə danışsın"

Eltondan Aygünə: "İmkan vermərəm, kimsə mənimlə təhqirlə danışsın"

Bir neçə gün bundan öncə xalq artisti Aygün Kazımovanın müğənni Elton Hüseynəliyevin ünvanına dediyi tənqidlərə qarşı tərəfdən cavab gəlib. SİA-nın verdiyi xəbərə görə, Elton Aygünə bunları deyib: "Həyat davam edir. Hələ müsahibələr və müharibələr çox olacaq. Əsas odur ki, kiminsə hesabına bu sənətə gəlmədik. Öz zəhmətimizlə, əziyyətimizlə gəldik. İmkan vermərəm kimsə mənimlə təhqirlə danışsın. Onlarla lazim olan yerdə görüşəcəyik. Müsahibədə nə demişəmsə, hamısının arxasındayam. Hər şey kənardan göründüyü kimi deyil. Həqiqətlər açılacaq".

Qeyd edək ki, A.Kazımova E.Hüseynəliyevin xalq artisti Flora Kərimovanın yanında səsini ucaltması və Brilliant Dadaşova haqqında "Paxıl insan sənətkar olmaz" deməsinə əsəbiləşib. O, "İnstagram" səhifəsində "Bir bunun davranışına, əl hərəkətlərinə baxın. Flora xanım kimi sənətkarın sözünü ağzında qoyur. Sənin nə həddindir ki, sən xalq artistləri haqda bu tonda rəy söyləyirsən?!" şərhini yazıb. A.Kazımova daha sonra E.Hüseynəliyevə tənqidi şeir yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə