Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur ulduzları Bakıda "Kardeşim benim" filminin qala gecəsinə qatılacaqlar. Belə ki, filmin baş rol qəhrəmanları Burak Özçivit, Murat Boz və Aslı Enver Azərbaycana səyahət edəcəklər. SİA-ya açıqlama verən Nizami Kino Mərkəzinin mətbuat xidməti Arzu xanım qala gecəsində Murat Bozun ölkəmizə gələ bilməyəcəyini deyib. Arzu xanımın sözlərinə görə, Muradın Bakıya gəlməməsinə səbəb işlərinin çox olmasıdır.
Qeyd edək ki, fevralın 10-da planlaşdırılan qala gecəsində ekran işində baş rolu canlandıran digər aktyorlar Burak Özçivit və Aslı Enver iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB