Günay Musayeva onu qınayanlara cavab verdi

Günay Musayeva onu qınayanlara cavab verdi

Azərbaycan efirində türkcə danışdığı üçün günlərdir müzakirə olunan model Günay Musayeva onu qınayanlara cavab verib. SİA-nın verdiyi xəbərə görə, model türk dilində danışdığını normal olduğunu bildirib: "İllərdir, Türkiyədə yaşayıram. Azərbaycana ildə iki dəfə iki günlük gəlirəm. Türkcə danışmağım normaldır. Bunu MTRŞ də, ATV kanalının prodüser heyəti də bildiyi üçün qəbul etdi və dəstəklədi. Amma siz türk düşməni olmusunuz. Bəs, bir millət iki dövlət idik? Yoxsa, mən ermənicə danışıram? Niyə? Səbəb nədir, paxıllıq, qısqanclıq, yoxsa, həqiqətən, türk dilinə nifrət bəsləyirsiniz?".

Bütün xəbərlər Facebook səhifəmizdə