Aparıcı şou əhlini bir araya yığacaq

Aparıcı şou əhlini bir araya yığacaq

Teleaparıcı Aynur Hacıyevanın təşkilatçılığı ilə əylnəcə məkanlarının birində növbəti konsert proqramı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, yanvarın 30-a nəzərdə tutulan musiqili gecədə bəstəkar Sevinc Tofiq qızının müəllifi olduğu mahnılar səslənəcək.

"Sevinclə ulduzlu gecə" adlanan gecədə xalq artisti Flora Kərimova olmaqla, türkiyəli müğənni Oya Ergün, yerli müğənnilərdən Manana, Fidan Hacıyeva, Leyla Babayeva, Niyam Salami, Vüqar Muradov, Aslan, Rəşad İlyasov, Elariz, Əkbər Əliyev və Aysel Əlizadə musiqi tövhələrini təqdim edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə