Müğənni mahnılarını 9 min dollarlıq qulaqlıqla dinləyir FOTOLAR
Müğənni Rihanna uzun zamandır gözlənilən yeni albomunu qiyməti 9 min dollar olan qulaqlıqla dinləyib. SİA-nın milliyet.com saytına istinadən verdiyi məlumatına görə, "Anti"ni təqdim etməyə hazırlaşan barbadoslu ifaçı albomunu dinləyərkən selfisini çəkərək sosial şəbəkədə paylaşıb.
Onun albomundakı bəstələrini dinləyərkən qulaqlıqlar diqqət cəlb edib. Üzəri Svarovski daş-qaşları və incilərlə bəzədilmiş aksesuarın üstündə əlavə olaraq tac da var. Qulaqlığın bəzi hissələri isə quzu dərisindən hazırlanıb.
Rihannanın İnstaqram paylaşımından sonra həmin qulaqlıqların satışı rekord həddə çatıb.
Qeyd edək ki, Rihannanın qapağı sənətçi Roy Naçum tərəfindən hazırlanan "Anti" albomunun üzündə də başında tac olan uşaq şəkli var.
(1).jpg)
(2).jpg)
.jpg)
.jpg)
(1).jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB