Aktrisa: “Bu filmə görə, bir ay evdən çölə çıxmadım” FOTOLAR

Aktrisa: “Bu filmə görə, bir ay evdən çölə çıxmadım” FOTOLAR

"Room" ("Gizli dünya") filmində rol alan aktrisa Brie Larson həm "Qızıl qlobus", həm də "Tənqidçilərin seçimi" kino festivalında ən yaxşı aktrisası adına layiq görülüb. SİA-nın hürriyyet.com-a istinadən verdiyi xəbərə görə, aktrisa özünü obraza uyğunlaşdırmaq və səssizliyə alışdırmaq məqsədi ilə bir ay ərzində evdən çölə çıxmayıb. Rejissor Lenny Abrahamson isə ekran əsərinin həqiqətən də, kiçik, qaranlıq otaqda lentə aldığını qeyd edib.

Qeyd edək ki, yazıçı Emma Donoghuenin əsəri əsasında lentə alınan film pəncərəsiz otaqda beş yaşlı oğlu ilə birgə qalıb yaşam mücadiləsi verən ananın həyat hekayəsindən bəhs edir.

Bütün xəbərlər Facebook səhifəmizdə