"Neslihan Atagül atasının avtobus sürücüsü olmasından utanırdı"
"Kara Sevda" serialının baş rol aktrisası Neslihan Atagül haqda xəbərlər yayılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, atasını itirən aktrisanın valideyni ilə heç vaxt maraqlanmadığı və ondan utandığı deyilir.
Neslihanın atası Yaşar Şener Atagülün yaxın dostu hər kəsin təəccübünə səbəb olacaq fikirlər irəli sürüb: "Yaşar bəyi təcili xəstəxanaya apardıqdan sonra anasını, övladlarını axtardıq. Qızı Neslihan nişanlısı Kadir Doğulu ilə gəldi. Lakin övladlarının Yaşara qarşı laqeyd davranışı bizi əsəbiləşdirdi. Bu vicdansızlıqdır. Atasının avtobus sürücüsü olmasından utanırdı. Neslihanın bu hərəkəti Yaşar bəyi ömrünün son gününə kimi incitdi. Oğlu da onun adına kredit götürüb ödəmədi. Həm borclu, həm də gözüaçıq getdi bu dünyadan. Biz dostlar arasına pul yığıb onun borclarını bağlayacağıq".
N.Atagülün meneceri isə deyilənləri rədd edib. Ardından aktrisa atasının dəfn mərasiminə qatılıb. O, əsəbi davranışları və çox ağlaması ilə diqqət çəkib. Dəfn mərasimində iştirak edən qonşularla qohumlar arasında mübahisə düşüb. Qonşular "bu qədər sevəni vardısa, niyə o, xəstə olanda heç kim yox idi?" deyiblər. Hələ ki aktrisa səslənən ittihamlar barədə danışmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB