Alessandro Safinanın Bakıya gələcəyi tarix bəlli oldu

Alessandro Safinanın Bakıya gələcəyi tarix bəlli oldu

Konserti təxirə salınan məşhur müğənni Alessandro Safinanın Bakıya gələcəyi vaxt bəlli olub. SİA-nın verdiyi xəbərə görə, müğənni fevralın 5-də məkanların birində səhnəyə çıxacaq. Safina eyni səhnəni gənc ifaçı Vaqif Nağıyevlə bölüşəcək.

Qeyd edək ki, Alessandro Safina ötən ilin dekabrın 23-də paytaxtımızın qonağı olacaqdı. Müğənni səhhətində problem olduğu üçün Bakı konsertini təxirə salmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə