Aytac Vidadiqızı həmkarlarından dəstək istədi

Aytac Vidadiqızı həmkarlarından dəstək istədi

Müğənni Aytac Vidadiqızı unudulmaqda olan bir sıra xalq mahnılarını papuri halında ifa edib. SİA-ya açıqlama verən ifaçı bu addımı davam olaraq edəcəyini də əlavə edib:"Mahnılarımız unudulmamalıdır. İndi 2-3 aylıq mahnılar ifa edirlər. Yay qurtardısa, mahnı da yaddan çıxır unudulur. Amma bizim elə mahnılarımız var ki, onlar yaya, qışa baxmır. Təəssüf ki, belə mahnıların əksəriyyəti unudulur. Məhz bu səbəbdən unudulmaqda olan el mahnılarımızı aranjeman edib yenidən ifa etmişəm. Onu da deyim ki, əksər müğənnilər ağılasığmaz pullar xərcləyib yeni mahnılar alır. Mən bunun əleyhinə deyiləm. Əksinə, müğənni yeni mahnı ifa etməli, klip çəkdirməlidir. Mən özüm ötən il 5 klip çəkdirdim. Amma Azərbaycanın elə gözəl əsərləri var ki, onlar unudulmamalı və gənc nəsilə də çatdırılmalıdır. Məhz bu səbəbə bu mahnıları papuri şəklində ifa etdim. Çox istəyərdim ki, bu işə bütün gənc həmkarlarım da qoşulsun".

Bütün xəbərlər Facebook səhifəmizdə