Məşhur ifaçının mahnısı plagiat çıxdı

Məşhur ifaçının mahnısı plagiat çıxdı

İllərdir ki, Türkiyə mətbuatında britaniyalı müğənni Adelin "Million Years Ago" mahnısı türk ifaçı Ahmet Kayanın oxuduğu bəstəsi ilə oxşarlığı müzakirə edilirdi. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, MSG şirkəti mahnıların bənzərliyini texniki cəhətdən araşdırıb. Nəticə olaraq Adelin Ahmet Kayadan təsirləndiyi dəqiqləşib.

Qeyd edək ki, Adelin rekord qıran yeni "25" albomundakı mahnı mərhum türk ifaçının 1985-ci ildə səsləndirdiyi "Acılara tutunmak" mahnısının plaqiatı olduğu iddia edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə