Məşhur aktyor vəfat etdi

Türkiyənin tanınmış aktyoru Remzi Evren Üsküdardakı evində dünyasını dəyişib. SİA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, 58 yaşlı, aktyor bu gün günorta saatlarında vəfat edib. Ağciyər xəstəsi olan mərhumun yuxusunda infarkt keçirdiyi məlum olub. 2 qız atası olan aktyorun yaxınları onun evinə gələrək, başsağlığı veriblər.

Qeyd edək ki, R.Evren "Üvey baba", "Kurtlar Vadisi Pusu", "Karadayı", "Behzat Ç.", "Möhtəşəm yüz il: Kösəm" kimi seriallarda çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə