Çağatay Ulusoy və Leyla Tuğutlu filmin qala gecəsində FOTOLAR
Türkiyəli aktyorlar Çağatay Ulusoy və Leyla Lidiya Tuğutlu Bakıda "Delibal" filminin qala gecəsinə qatılıblar. SİA-nın verdiyi xəbərə görə, Nizami Kino Mərkəzində sevənləri tərəfindən izdihamla qarşılanan qonaqlar jurnalistlərin suallarını cavablandırıblar.
Çağatay xəstə olduğu üçün Bakını gəzə bilmədiyini deyib. Bundan başqa o, uzun saçlı imicinə davam etməyəcəyini söyləyib. Leyla isə paytaxt gəzintisinə çıxdığını və Bakıya bir daha gəlmək istədiyini deyib: "Şəhəri gəzib, yeməklərinizdən yedim. Çox gözəl idi. Bakıya bir də gəlmək istəyirəm".
Daha sonra ekran işinin baş rol qəhrəmanları tamaşaçılarla birgə filmi izlədikdən sonra səhnəyə çıxaraq filmlərinin Bakıda da seviləcəyini söyləyiblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB