Türkiyəli müğənni Seda Sayan anası və sevgilisi ilə məkanların birində jurnalistlərin fotokamerlarına tuş gəlib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, 55 yaşlı ifaçı 7-ci dəfə evlənəcəyi gözlənilən Erkan Çelik və anası Ayşe ilə birgə 4 saat restoranda oturub. Məkandan çıxışda sənətçi media mənsublarına suallarını cavablandıraraq "anama və Erkana olan sevgim ayrıdır, boş zamanlarımda mümkün olduğu qədər ailəmlə bir araya gəlirəm" deyib.
Qeyd edək ki, Seda və Erkanın keçən ay nişanlandığı deyilir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB