Nizami Kino Mərkəzi 2016-cı ilil "Dəlibal" filminin möhtəşəm qala-qecəsi ilə açacaq. SİA-nın verdiyi xəbərə görə, türk filminin baş qəhrəmanları Çağatay Ulusoy, Leyla Lydia Tuğutlu, rejissor Ali Bilginin və yaradıcı qrupun digər üzvləri Nizami Kino Mərkəzinin qırmızı xalısından keçmək üçün Bakıya gələcəklər.
Romantik dram janrında çəkilmiş bu film universitet tələbələri olan Barış və Füsunun böyük eşq hekayəsindən bəhs edir. Memarlıq fakültəsində təhsil alan və boş vaxtında musiqi ifası ilə həyatın dadını çıxaran Barış Füsunu gördüyü anda ona aşiq olur. Adını belə bilmədiyi qızı tapıb eşqini anlatmaq bir yana, ağlında universitetı dərəcə ilə bitirib Amerikada təhsilini davam etmək istəyi olan Füsunu bu eşqə inandırmaq da var. Yaraşıqlı və ağıllı olan Barış sonunda bunu etməyi bacarır. O, Füsunu özünə aşiq edir və onlar evlənirlər. Hər şey nağıllarda olduğu kimidi o, nağıl pozulmayana qədər....
Filmin rejissoru Ali Bilgin ssenari müəllifi Yıldırım Türkerdi. Yaş həddi: 12+
Filmdə rollara həmçinin Hüseyin Avni Danyal, Laçin Ceylan, Mustafa Avkıran, Nazan Kesal və Toprak Sağlam çəkiliblər.
Qeyd edək ki, filmi izlədikdən sonra, qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB