Tanınmışlar suni bahalaşmaya etiraz etdilər FOTOLAR

Tanınmışlar suni bahalaşmaya etiraz etdilər FOTOLAR

Şou-biznesin məşhur simaları son günlər bahalaşan ərzaq məhsulları ilə bağlı fikirlərini bölüşüblər. SİA-nın verdiyi xəbərə görə, onlar bu haqda "İnstagram" səhifələrində yazıblar.

Əməkdar artist Abbas Bağırov:"Günün şəkli. Bu adamlarda insaf deyilən bir şey yoxdur. Bu meyvənin, suyu da, gübrəsi də yerlidir, torpağı da Azərbaycandır. Niyə yerli meyvəni dollarla satırlar?".

Müğənni Elvin Abdullayev:"Bu gün səslənən bütün dualara "Amin" deyirəm. Allah heç kəsi əlacsız qoymasın, insanları bir-birinə möhtac etməsin. İnanıram ki, hər şey yoluna düşəcək. Hər gün neqativ, bədbin fikirlərə dalmayın. Hər bir ailəyə ruzili, xoş günlər arzu edirəm".

Prodüser Tolik:"Allah ölkəmizdə insanların yaxşılığını düşünən adamları var eləsin. Amma hər şeydən istifadə edib insanların günün-güzəranın pis edənləri Allah cəzalandırsın. Dünən bəzi mağaza sahibləri məkanı bağlayıb, insanları təlaşa salmağa çalışdılar. Amma anlamırlar ki, dünyanın ən varlı insanları da bir gün içində müflis olurlar. Ey xalqın hesabına marketlər açıb, özlərini biznesmen hesab edənlər, qorxun. Bəzi nazirlərin aqibətinə baxın, siz onların yanında heç qarışqa da deyilsiniz. Xalqın hissləri ilə oynamayın. İnşallah bəyanat verilib, süni qiymət qaldıranlar cəzalandırılacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə