Dollara görə işləri yarımçıq qalan məşhurlar

Dollara görə işləri yarımçıq qalan məşhurlar

Dolların devalvasiya olunması adi vətəndaşlarla yanaşı şou-biznes əhlinə də öz təsirini göstərib. SİA-nın verdiyi xəbərə görə, hətta dolların məzənnəsinin yüksəlməsi bəzi sənətçilərin işlərinə mane olub.

Həmin məşhurların bir qismini təqdim edirik:

Müğənni Roza Zərgərli: "Dolların qalxmağının mənim işlərimə ziyanı oldu. Xariclə bağlı layihəm var idi, dollar qalxdığına görə artıq pulunu ödəmək gücündə olmayacam. Yaxşı ki, vaxtında rəsmi saytım hazırlandı, yaxında təqdim edəcəm. Amma gözlənilirdi ki, hər iki layihə birgə təqdim olunsun. Alınmadı. Deyirlər, hər nə olursa, yaxşılığa dogru olur. Gəlin müsbət düşünək".

Aparıcı Şəhriyar Əbilov: "Devalvasiya məni qorxudur. Mağaza və moda evi açmağı planlaşdırırdım. Xaricdən mallar, parçalar gətirəcəkdim. Onları başqa ölkədə mənim verdiyim dizaynda tikdirəcəkdim. Dollara görə bu işlərin hamısı dayandı. Xaricdə bir filmə çəkiləcəkdim. Büdcəsi dollarla olduğu üçün o da yarımçıq qaldı. Allah bizə səbr versin".

Bütün xəbərlər Facebook səhifəmizdə