Bu gün şou-biznesin üç məşhurunun ad günüdür

Bu gün şou-biznesin üç məşhurunun ad günüdür

Bu gün şou-biznesdə üç məşhur simanın doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, əməkdar artistlər Nüşabə Ələsgərlinin, Murad Dadaşovun, müğənni Yaşar Cəlilovun ad günüdür. N.Ələsgərlinin 48, M.Dadaşovun 37, Y.Cəlilovun 26 yaşı tamam olur. Onları bu münasibətlə incəsənət adamlarının tanınmışları təbrik edərək, ünvanlarına xoş sözlər deyiblər.

Üç sima arasında maraqlı ad günü keçirən və qeyri-adi hədiyyə alan Yaşar Cəlilov olub. Belə ki, müğənniyə özəl hədiyyə 5 illik prodüseri Vüsalə Kərimovadan gəlib. Xanım Kərimova maraqlı hədiyyəsi ilə yanaşı sənətçiyə xoş sözlər deyib: "Canım ulduzum, dəyərlim Yaşar Cəlilov səni ad günü münasibəti ilə təbrik edirəm. Allah səni pisliklərdən, nəfsi murdarlardan, üzdə gülüb, arxada quyu qazan nankorlardan qorusun. Ən əsası səsin hər zaman zirvəsində sənə dəstək olsun. Səni çox istəyirəm. Ömür boyu xoşbəxt ol. Doğum günün mübarək".

Bütün xəbərlər Facebook səhifəmizdə