Aytac Vidadiqızının toy günü bəlli oldu FOTOLAR

Aytac Vidadiqızının toy günü bəlli oldu FOTOLAR

Bir ay bundan öncə gizli şəkildə nişanlanan müğənni Aytac Vidadiqızından xoş xəbər var. SİA-nın gizli mənbədən əldə etdiyi xəbərə görə, ifaçı dekabr ayının 23-də özünə vağzalı çaldıracaq. A.Vidadiqızı artıq toyunun dəvətnamələrini paylayır. Sənətçinin toyunda şou-biznesin tanınmış simaları iştirak edəcək. Aytacın el şənliyi media üçün açıq olacaq.

Qeyd edək ki, bir müddət öncə açıqlamalarının birində nişanlısı haqda bu sözləri demişdi: "Nişanlım Türkiyə vətəndaşıdır. Azərbaycanda tanış olmuşuq. Toyumdan sonra İstanbulda yaşayacam, fəaliyyətimi də orada davam etdirəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə