Leyla Ramazanlıdan yeni FOTOLAR

Gənc ifaçı Leyla Ramazanlı yeni fotosesiyası ilə gündəmə gəlib. SİA-nın verdiyi xəbərə görə, ifaçı xarici ölkələrin birində fotokamera qarşısına keçib. Müxtəlif geyimlərdə şəkillər çəkdirən Leyla Ramazanlının imici üzərində bacısı Xavər çalışıb.

Gənc müğənni yaradıcılığında daha bir yenilik edəcək. Belə ki, ifaçı yeni mahnı üzərində çalışır. "Azərbaycan" adlanan mahnının sözləri Arzu Əsədovanın, musiqisi isə İsmayıl Əsədovundur. Mahnı üzərində son hazırlıqların getdiyini deyən Leyla Ramazanlı sözügedən bəstənin vətənimizə həsr olunduğunu bildirib. Leyla yeni mahnısını Yeni ildə tamaşaçılara təqdim etməyi düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə